Qubanın Zərdabi qəsəbəsində çürümüş və quru ağacların kəsimi davam edir. Bu barədə ShimalNews 21 yanvar tarixində məlumat verir.

Məlumata görə, Xan çinarı, yabanı şabalıd, küknar və digər qurumuş ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşma əsasında kəsilir.

Bununla insanların, rabitə və elektrik naqillərin təhlükəsizliyi təmin edilir.

Bundan öncə Zərdabinin parkında baş tutan eyni proses haqqında xəbər vermişdik.

Sosial şəbəkələrdə yayılan görüntünü oxuculara təqdim edirik.