Qubanın Künxırt kəndi ərazisində yerləşən Suatan şəlaləsi donub. Bu haqda ShimalNews 21 yanvar tarixində Xəzər TV-yə istinadən məlumat verir.

Dağlıq yaşayış məntəqələrində 10 dərəcə şaxta müşahidə edilir. Bəzi günlərdə isə temperatur mənfi 20 dərəcəyə qədər enir.
Sakinlər bildirirlər ki, sutka ərzində buraya yarım saat gün işığı düşür. Hündürlüyü 30 metr olan şalələ donduqda buzu ancaq 1-2 həftədən sonra açılır.