Yanvarın 23-ü Qubada şəhid baş leytenant Rahim Mikayılovun il mərasimində xatirəsi anılacaq. Bu barədə ShimalNews 21 yanvar tarixində məlumat verir.

Səhər saat 12:00-da 2-ci Nügədi kəndində Mikayılovun məzarı ziyarət ediləcək. Daha sonra şəhidimizin öz evində ehsan süfrəsi açılacaq. İştirak etmək istəyən hər kəs dəvətlidir.

Allah şəhidlərimizə rəhmət eləsin.