Xaçmazın Yataqoba kənd sakini, 31 yaşlı Zahid Abdullayev 20 Yanvar hadisələri zamanı özünü fəda edib. Bu haqda ShimalNews 20 yanvar tarixində Bizim.Media-ya istinadən məlumat verir.

“20 Yanvar faciəsindən qabaq da Zahid ön sıralarda mücadilə edib. Mücadilə hissi Zahidin ruhunda idi, heç bir haqsızlığa boyun əyməzdi. Sözü üzə deyən, məzlumun tərəfində duran insan idi”, – şəhidin qardaşı Mehman Abdullayev deyib.

Z.Abdullayev orta təhsilini bitirdikdən sonra Bakıdakı maşınqayırma zavodunda fəhlə işləyirdi. O, həmin vaxt ölkədə baş verən hadisələrə biganə qala bilməyib, hər gün etiraz aksiyalarına qoşularaq, Vətənin azadlığı uğrunda əlindən gələni edirdi.

Hadisələr vaxtı Zahid evdə olub, həyat yoldaşı deyir ki, şəhərdə qarışıqlıq yarandı:

“O, bunu biləndə evdən çıxaraq,  özünü hadisə yerinə çatdırdı. Səhəri gün isə eşitdik ki, Zahid başından aldığı güllə yarasından elə yerindəcə şəhid olub”.

Daha sonra şəhid doğma Yataqoba kənd məzarlığında dəfn olundu. Onun xatirəsini əbədiləşdirmək üçün Abdullayevin oxuduğu Uzunoba kənd məktəbinə adı verilib. Hər il bütün tarixi günlərdə, şəhidin doğum və anım günlərində tədbirlər onun məzarı başında keçirilir.

Xaçmaz: “Zahid başından aldığı güllə yarasından elə yerindəcə şəhid olub”
Foto Bizim Media
Xaçmaz: “Zahid başından aldığı güllə yarasından elə yerindəcə şəhid olub”
Foto Bizim Media