Bu gün 20 Yanvar – Ümumxalq Hüzn Günündə Xaçmaz sakinləri Şəhidlər xiyabanını ziyarət ediblər. Bu barədə ShimalNews məlumat verir.

Səhər saatlarından etibarən Şəhidlər xiyabanına insan axını başlayıb. Onlar Azərbaycanın azadlığı uğrunda həlak olan şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzüblər.

Daha sonra qəhrəmanlarımızın ruhlarına dualar oxunub. Onların xatirələri anılıb.

Saat 12:00-da bütün şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Bu zaman rayon ərazisində avtomobillərin hərəkəti dayanıb.

Xaçmaz: Qanlı 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət edilib
Photo Shimal.News
Xaçmaz: Qanlı 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət edilib
Photo Shimal.News