Xaçmazda “20 Yanvar -qan yaddaşımızdır” adlı rəsm müsabiqəsi keçirilib. Bu haqda ShimalNews sosial şəbəkələrə istinadən xəbər verir.

Tədbir Xaçmaz Heydər Əliyev Mərkəzində təşkil edilib. Sərgidə Xaçmaz Uşaq İncəsənət məktəbi şagirdlərinin 20 Yanvar faciəsinə həsr edilmiş bədii kompozisiyası təqdim edilib. Sonda münsiflər heyətinin nəticələrinə görə müsabiqədə qalib və fərqlənmiş iştirakçılar diplomlarla təltif olunublar.

Müsabiqə Xaçmaz rayon Gİİ, Xaçmaz RMİ və Xaçmaz Uşaq İncəsənət məktəbinin birgə təşkilatçılığı ilə keçirilib.