Xaçmaz Tarix Diyarşünaslıq muzeyində anım tədbiri keçirilib. Bu haqda ShimalNews sosial şəbəkələrə istinadən xəbər verir.

“Azadlıq mücadiləsi” adlı anım tədbiri 20 Yanvar faciəsinə həsr olunub. Muzeyin direktoru Pakizə Mehdiyeva və muzeyin bələdçisi Aygün Qələmiyeva gələn qonaqlara 20 Yanvar hadisələri, faciənin başvermə səbəbləri və acı nəticələri haqda məlumat verib.

Daha sonra mövzu ilə bağlı videoçarx nümayiş olunub, məktəblilərin ifasında şeirlər səslənib.