Qusar Dövlət Ləzgi Dram Teatrı faciəyə həsr olunan yeni səhnə əsərini təqdim edib. Bu haqda ShimalNews 20 yanvar tarixində teatra istinadən məlumat verir.

Rejissoru teatrın direktoru Faiq Qardaşov olan tamaşa Rafiq Səməndərin “Şəhidlər” əsəri əsasında hazırlanıb. O, 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr edilib və burada xalqımızın yaşadığı acı öz əksini tapıb.

Bu gün əsərin təkrar nümayişi nəzərdə tutulub.