Bu gün Qusar Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin anım mərasimi keçirilib. Bu haqda ShimalNews məlumat verir.
Ümumxalq Hüzn Gününün 33-cü ildönümü ilə bağlı tədbir keçirilib. Rayon ictimaiyyətinin və dövlət qurumlarının nümayəndələri ziyarətdə iştirak ediblər. Burada şəhidlərin ruhuna dualar oxunub və məzarlarına gül dəstələri qoyulub.
Daha sonra, saat 12:00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.


