Qubada 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı Şəhidlər xiyabanında anım mərasimi keçirilib. Bu haqda ShimalNews xəbər verir.

Səhər saatlarından başlayaraq Ümumxalq Hüzn Günü ilə əlaqədar qəhrəmanlarımızın məzarları ziyarət olunub. Şəhid anaları, qəhrəmanlarımızın ailə üzvləri, qazilər, dövlət qurumlarının nümayəndələri burada iştirak ediblər.

Şəhidlərin məzarlarına tər qərənfillər düzülüb, onların müqəddəs xatirəsi dərin hüznlə yad edilib.

Sonda – saat 12:00-da Qubada 1 dəqiqəlik sükut elan olunub.

Qubada 20 Yanvar faciəsinin ildönümü
Photo Shimal.News
Photo Shimal.News
Qubada 20 Yanvar faciəsinin ildönümü
Photo Shimal.News