Qubada “20 Yanvar – Ümumxalq Hüzn Günü”nə həsr olunmuş anım tədbiri keçirilib. Bu haqda ShimalNews 20 yanvar tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

Tədbir Quba şəhər Uşaq İncəsənət məktəbində baş tutub. Mərasimdə məktəbin direktoru Mirkazım Cəfərov və Gənclər Təşkilatının sədri Ülkər Əliyarova 20 Yanvar faciəsi haqda danışdılar. Daha sonra şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar təqdim olundu.

Sonda məktəbin foyesində “Matəm” adlı rəsm sərgisi və şəhidlərimizə həsr olunmuş kitablara baxış keçirilib.