Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsində uğurla iştirak edən şagirdlərlə görüş keçirilib. Bu haqda ShimalNews 20 yanvar tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun müdiri Pərviz Nurməmmədov  riyaziyyat, coğrafiya və Azərbaycan dili fənləri üzrə uğur qazanan məktəblilərlə görüşüb. O, Aysu Nəzirova, İlahə Qubatova, Nurlan Mahmudov və Elnar Novruzovun valideynlərinə təşəkkürnamə göndərib.