Qubada bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Bu haqda ShimalNews 20 yanvar tarixində məlumat verir.
Hal-hazırda Cəfər Cabbarlı küçəsi ilə 226-cı diviziya küçələrinin kəsişməsində yol bağlanıb. 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilir.
Sürücülər alternativ yol kimi M.Ə.Sabir küçəsindən istifadə edə bilərlər.