İsmayıllıda “20 Yanvar Qəhrəmanlıq səhifəmizdir” mövzusunda rəsm müsabiqəsi keçirilib. Bu haqda ShimalNews 20 yanvar tarixində məlumat verir.

Tədbir İsmayıllı rayon Heydər Əliyev Mərkəzində baş tutub. Burada çıxış edən mərkəzin direktoru Mayıl Fərəcov və İsmayıllı rayon F.Əzimov adına Uşaq İncəsənət məktəbinin direktoru Bəhruz Həşimov iştirakçılara 20 Yanvar Faciəsi haqqında geniş məlumat veriblər.

Daha sonra qaliblər seçilib. İlk 3 yerin sahibinə və iştirak edən digər şagirdlərə fəxri fərmanlar təqdim edilib.