İsmayıllı rayonunda qanunsuz saxlanan ov silahı aşkar edilib. Bu haqda ShimalNews 20 yanvar tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir.

Polis əməkdaşları əməliyyat tədbiri keçiriblər. Nəticədə Sumağallı kənd sakini Bədrəddin Nuralıyevdən müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.

Həmin şəxs barəsində protokol tərtib olunaraq, baxılması üçün rayon məhkəməsinə göndərilib.