Bu gün İsmayıllıda 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Bu haqda ShimalNews məlumat verir.

Şəhidlər xiyabanını icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, habelə ictimaiyyət nümayəndələri ziyarət ediblər. Rayon ərazisində saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunaraq, nəqliyyat vasitələrindən səs siqnalları verilib.

Tədbir Heydər Əliyev adına Mədəniyyət Mərkəzində davam edib. Mərkəzin foyesində 20 Yanvara həsr edilən sərgi təşkil edilib. Daha sonra məktəblilər şeirlər səsləndiriblər. Həmçinin 20 Yanvar hadisələrinə həsr olunmuş inşa, şeir və rəsm müsabiqələrində qalib gələn məktəblilər mükafatlandırılıblar.

İsmayıllı rayonunun Şəhidlər xiyabanında tədbir keçirilib
Foto İsmayıllı Rayon İcra Hakimiyyəti