İsmayıllıda “Birlik İntellekt Liqası”na yenidən start verilir. Bu haqda ShimalNews 20 yanvar tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinə istinadən məlumat verir.

Komanda şəklində bacarıqlarını göstərmək, bilik bankını yeni məlumatlarla genişləndirmək istəyən gənclər liqaya qoşula bilərlər.

Liqa Gənclərin İnkişaf və Karyera Mərkəzi və “3sual.az” platformasının təşkilatçılığı ilə baş tutacaq. Yarış 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunacaq və “Nə? Harada? Nə zaman?” formatında keçiriləcək.

İştirak etmək üçün 5 nəfərdən ibarət komanda toplayıb link üzrə qeydiyyatdan keçmək lazımdır: https://forms.gle/y3qqorpJ3ykNkDRo7

Son müraciət tarixi: 26 yanvar 23:59.

Yaş həddi: 14-29.