1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə sovet ordusu Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq qətlə yetirilib.

Müdafiə naziri, marşal Yazovun rəhbərlik etdiyi 20 min nəfərlik ordu hissələri Bakı şəhərinə daxil olub. “Zərbə” kod adı verilən hərbi müdaxilə nəticəsində 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, yüzlərlə insan isə itkin düşüb. Həmin faciənin şəhidləri 1990-cı il yanvarın 22-də Bakıdakı Dağüstü Parkda dəfn olunublar. Burada Şəhidlər xiyabanı salınıb.

Allah şəhidlərimizə rəhmət eləsin!