GoldenRockGuba” alpinizm klubu Xınalıqdan Quba Şəhidlər xiyabanına yürüş ediblər. Bu haqda ShimalNews 20 yanvar tarixində adıçəkilən kluba istinadən məlumat verir.

Gecə saat 04:00 radələrində bir qrup fəal 52 km məsafəni dağlıq yolla qət etməyə başlamışdır.

“20 Yanvar və Sarıqamış hadisələrində azadlıq və bizlər üçün canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini yad etmək üçün yürüş təşkil edirik”, – deyə alpinistlər yola düşüblər.

Bu təşəbbüs artıq 2-ci ildir ki, davam edir. “GoldenRockGuba”, eləcə də Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar Qızılqaya dağına yürüş eləmişdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.