Şimal zonasının dindarları, dini icmaların və rayon ictimaiyyətinin nümayəndələri 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Şəhidlər Muzeyini və Quba Şəhidlər xiyabanını ziyarət ediblər. Bu haqda ShimalNews 19 yanvar tarixində Quba Tarix-Diyarşünaslıq Muzeyinə istinadən xəbər verir.

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin Quba, Qusar, Xaçmaz rayonları üzrə qazısı, ilahiyyatçı Hacı Naib Səttərzadə, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Şimal Bölgəsi üzrə nümayəndəsi Ramin Xudayev çıxış ediblər. Onlar faciə haqqında öz fikirlərini bildiriblər və Vətən müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıqlardan danışıblar.