Şimal bölgəsinin Şəhidlər xiyabanlarında hazırlıq işləri aparılıb. Bu haqda ShimalNews 19 yanvar tarixində xəbər verir.

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar zəruri işlər icra olunub. Ərazilərə işçi qüvvələri və texnikalar cəlb olunub. Həmçinin piyadaların yolundakı qar təmizlənib.

Sabah səhər saatlarından başlayaraq sakinlər və dövlət qurumlarının əməkdaşları gülqoyma mərasimində iştirak edəcəklər.