Qubada yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda ShimalNews 19 yanvar tarixində xəbər verir.

Quba-Qusar yolunun Dağlı kəndi ərazisində 2 avtomobil toqquşub. Əraziyə polis əməkdaşları cəlb ediliblər.

Şahidlərin sözlərinə görə, “VAZ-2109” gözləmədən yola daxil olub. Bu zaman ona “VAZ-21015” çarpılıb.