İsmayıllı Rayon Mədəniyyət Mərkəzində “Regional Gənclərin II İnkişaf Forumu” keçiriləcək. Bu haqda ShimalNews 19 yanvar tarixində Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

Forum yanvarın 21-i “Gələcək Naminə İctimai Birliyi” və “İsmayıllı Regional Gənclərin Resurs Mərkəzi”nin birgə təşkilatçılığı ilə təşkil olunacaq.

Burada dövlət və özəl sektorun nümayəndələri iştirak edəcəklər. Onlarla birgə regionda gənclərin inkişafı üçün yaradılmış imkanlar, təhsil-sənaye əməkdaşlığının arzuedilən nəticələri, karyera yüksəlişində dövlətin gənclərə dəstəyi və digər mövzularda maraqlı panel müzakirələr aparılacaq.