İsmayıllıda vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə aparılıb. Bu haqda ShimalNews 19 yanvar tarixində AQTA-ya istinadən xəbər verir.

Bu proses ölkəmizdə ilk dəfə olaraq, helikopterlə həyata keçirilib. Həmçinin Şamaxı, Ağsu, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında da eyni tədbir baş tutub.

Kəndətrafı meşəlik sahələrdə, təqribən 600 km məsafədə müvafiq normalara uyğun aldadıcı yem briketləri səpələnib.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi əhalidən səpələnmiş aldadıcı yem briketlərinə toxunmamağı xahiş edir. Eyni zamanda bildirir ki, bu aldadıcı yem tamamilə təhlükəsizdir. Əgər hər hansı bir ev və ya vəhşi heyvan bir neçə yem payını yesə belə, bu, həmin heyvanlar üçün təhlükə yaratmır.

İsmayıllıda vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə aparılıb
Foto AQTA