Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba nümayəndəliyinin nəzdində fəaliyyət göstərmiş “Kitab klub” fəaliyyətini bərpa edir. Bu haqda ShimalNews 19 yanvar tarixində adıçəkilən mərkəzə istinadən xəbər verir.

Klubun fəaliyyət göstərməsinin başlıca məqsədi gənclər arasında mütaliə vərdişi və dünyagörüşünün artırılması, sağlam fikir mübadiləsinin təmin olunmasıdır.

Burada üzvlər arasında kitab mütaliəsi, müzakirəsi, tövsiyələr və yazıçılarla görüşlər təşkil olunacaq.

Qeydiyyatdan keçərək klubun üzvü olmaq üçün linkdən istifadə etmək olar: https://forms.gle/m4ySkJFePiEaEDFa9