Xaçmaz rayon mərkəzində “Qeyri-yaşayış binalarının əsaslı təmiri”nin dəyəri açıqlanıb. Bu haqda ShimalNews 18 yanvar tarixində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.

Tenderin qalibi “SM Construction” şirkəti olub. Şirkətlə 990.040 manat dəyərində müqavilə imzalanıb.

Xaçmaz: qeyri-yaşayış binalarının əsaslı təmiri 1 milyon manata yaxın başa gələcək

Adı çəkilən şirkət “Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələrinin binalarına və isitmə sistemlərinin cari təmir xidmətinin satın alınması” tenderi üzrə də qalib seçilib. İki tenderin ümumi məbləği 3.057.058 manatdır.