Xaçmaz rayonunda brakonyer saxlanılıb. Bu haqda ShimalNews 18 yanvar tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.

Qanunsuz balıq ovlayan şəxs Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən nəzarət tədbirləri zamanı yaxalanıb. Rayon sakini Rahim Əliyev barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Yoxlama zamanı ayrı-ayrı inzibati rayonların ərazilərində ovla məşğul olan şəxslər saxlanılıb, onlardan istifadə etdikləri ov alətləri və 444 metr uzunluğunda 25 ədəd sintetik tor götürülüb.