Xaçmazda küləyin fəsadları aradan qaldırılmayıb. Bu haqda ShimalNews 18 yanvar tarixində xəbər verir.

Məlumata əsasən, keçən həftə əsən güclü külək zamanı general Hüseyn Rəsulbəyov küçəsində ağac gövdəsindən sınıb. Ağacın kötüyü ərazidən aparılsa da, budaqları və yarpaqları piyada səkisində qalıb. Sakinlərin sözlərinə görə, bu, onların hərəkətinə maneə törədir.