Jurnalist Cəmil Məmmədli saxlanılıb. Bu haqda ShimalNews 18 yanvar tarixində APA-ya istinadən xəbər verir.

Məlumat Daxili İşlər Nazirliyinin (DİN) Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov tərəfindən təsdiqlənib. Məmmədli başlanmış cinayət işi üzrə saxlanılıb.

Media nümayəndəsi barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri davam etdirilir.