Xaçmaz rayon Mərkəzi Kitabxanasında “20 Yanvar Zəfər və Qürur Günüdür” adlı tədbir keçirilib. Bu haqda ShimalNews 18 yanvar tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

20 Yanvar faciəsinə həsr olunmuş tədbirdə yanvar qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən MKS-nin direktor əvəzi B.Məmmədov bildirdi ki, Sovet Ordusu qoşunları Bakıda və digər bölgələrdə 131 nəfəri öldürüb,744 nəfəri yaralayıb, 841 nəfəri qanunsuz həbs etmişdir. Həlak olanlar arasında qadınlar, uşaqlar və qocalar da olub.

Kitabxananın fəal oxucuları tarixi günə həsr olunmuş şeirlər söylədilər. Sonda tədbir iştirakçıları 20 Yanvar faciəsinə həsr olunmuş sərgi ilə tanış oldular.