Qusarda “Peşəkar gənclik” layihəsi baş tutub. Bu haqda ShimalNews 18 yanvar tarixində sosial şəbəkələrə istinadən xəbər verir.

Layihə çərçivəsində ali təhsili olmayan gənclərin peşə ixtisaslarına yiyələnməsini təmin etmək üçün maarifləndirmə işləri aparılıb. Görüşdə peşə ixtisasları, gələcəyin peşələri haqqında danışılıb, işə qəbulolma prosesi, müsahibə bacarıqlarından ətraflı məlumat verilib və gənclərin sualları cavablandırılıb.

Layihə GİKM-in Qusar nümayəndəliyinin təşkilatçılığı və Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialının birgə əməkdaşlığı ilə həyata keçirilib.