Qubada ahıl kişi yanaraq ölüb. Bu haqda ShimalNews 18 yanvar tarixində xəbər verir.

Bədbəxt hadisə Zərdabi qəsəbəsində baş verib. Məlumata əsasən, yaşlı kişi qızınmaq üçün otağındakı istilik sobasına yaxınlaşıb, daha sonra isə həmin sobanın üstünə yıxılıb. Evdə olan ailə üzvləri otağa gəldikdə, kişi artıq yanaraq vəfat edibmiş.

Meyit müayinə üçün tibbi ekspertizaya göndərilib.