İsmayıllıda “Heydər Əliyev və 20 Yanvar həqiqətləri” mövzusunda mühazirə keçirilib. Bu haqda ShimalNews 18 yanvar tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

Tədbir İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən İsmayıllı rayon 1 saylı tam orta məktəbdə təşkil edilib. 20 Yanvar faciəsinə həsr olunmuş mühazirədə xalqımıza qarşı törədilən cinayətdən, qanlı təcavüzə ilk etiraz səsini ucaldan Heydər Əliyevdən bəhs edilib.