İsmayıllıda “Tələbə Parlamenti” yaradılıb. Bu haqda ShimalNews 18 yanvar tarixində xəbər verir.

Parlament Dövlət Peşə Təhsil Mərkəzində Pedaqoji Şuranın qəbul etdiyi qərara uyğun olaraq təsis edilib. Təhsilalanların ictimai təşkilatının sədri “Geyim üzrə dizayner” qrupunun tələbəsi Aysel Əlixanova seçilib.

Parlamentin nəzərdə tutulmuş iş planına tələbələrin təhsili, məişəti, davranış qaydaları, dərsə davamiyyəti, təhsil nailiyyətləri ilə bağlı qarşıya çıxan problemlərin rəhbərlik yanında qaldırılması və onların lazımi səviyyədə həllinə nail olma, “Müəllimlər təhsilalanların gözü ilə” və s. kimi sorğuların keçirilməsi, onların nəticələrinin ümumiləşdirilməsi və digər məsələlər salınmışdır.