İsmayıllıda 20 Yanvar-Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilib. Bu haqda ShimalNews 18 yanvar tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

“20 Yanvar – Zəfərə gedən yolun başlanğıcıdır” mövzusunda görüş İsmayıllı rayon MKS-in Uşaq şöbəsində baş tutub. Qonaqlar 20 Yanvar şəhidlərinin anım günü münasibətilə təşkil olunmuş sərgiyə və nümayiş olunan əl işlərinə baxış keçiriblər.

Sonra tədbir iştirakçıları şeirlər səsləndiriblər. Tədbirin sonunda 20 Yanvar hadisələrinə həsr edilmiş videoçarx nümayiş olunub.