Müqəddəs Möcüzəvi Nikolay Kilsəsi Xaçmaz şəhərində yerləşir. Kilsə 1946-cı ildə yerli pravoslav xristian sakinlərinin təşəbbüsü ilə inşa olunub. Kilsənin baş keşişi, Birinci Qarabağ müharibəsinin iştirakçısı ieromonax Qeorqiy Budaqovdur.

2006-cı ildə kilsədə bərpa işləri görülmüşdür. Daha sonrakı illərdə də məbədin yenidən qurulması istiqamətində işlər aparılmışdır. Burada yeni günbəzlər quraşdırılmış, məbədin ərazisi abadlaşdırılmışdır.

Bölgə xristianlarının dini mərkəzi kimi fəaliyyət göstərən kilsədə Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan yeparxiyasının rəhbərliyi ilə dini ayinlər icra edilir. Kilsədə ibadət günləri: cümə axşamı, şənbə, bazar və bayram günləridir.

İstinad edilən mənbələr: