Xaçmazın Qımılqışlaq kənd sakini intihar edib. Bu haqda ShimalNews 17 yanvar tarixində Report-a istinadən xəbər verir.

Məlumata görə, 40 yaşlı Rövşən Şahmuradov yaşadığı evdə özünü asıb. Onun meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.