20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr edilmiş uşaq və yeniyetmələr arasında şahmat turniri keçirilib. Bu haqda ShimalNews 17 yanvar tarixində Xaçmaz Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

Yarış Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər İdman-Şahmat Məktəbi ilə birgə təşkil olunub. Burada 100-ə yaxın oğlan və qız idmançı mübarizə aparıb.

Sonda qaliblərin mükafatlandırma mərasimi keçirilib.