Jurnalist Cəmil Məmmədlinin saxlanılması ilə bağlı məlumat yayılıb. Bu haqda ShimalNews 17 yanvar tarixində Apa-ya istinadən xəbər verir.

Məlumatda jurnalistin Xaçmaz Rayon Polis Şöbəsində hələ ki açıqlanmayan səbəbdən saxlanıldığı qeyd olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Quba regional qrupu tərəfindən bu məlumat təkzib edilib. Bildirilib ki, iddialar əsassızdır.