Jurnalist Cəmil Məmmədlinin nədə ittiham olunduğu məlum olub. Bu haqda ShimalNews 17 yanvar tarixində DİN Mətbuat Xidmətinə istinadən xəbər verir.

Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov məsələni cavablandırıb:

“Sorğunuza cavab olaraq bildirirəm ki,  Məmmədli Cəmil Qiyas oğlu  15 dekabr 2022-ci ildə rayon sakini C.Ağabalayevlə münaqişə zamanı onun ünvanına  nalayiq ifadələr işlədərək, vətəndaşlar üzərində zor tətbiq etmək hədəsi ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ona əl və ayaqla xəsarətlər yetirməklə və onun anasının bədən nahiyəsinə zərbələr endirməklə xuliqanlıq əməli törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Cəmil Məmmədlinin barəsində  Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə istintaq hərəkətləri aparılır.

O saxlanılmayıb”.