Qubanın “BMZ” adlanan ərazisində 60-65 yaşlı kişinin meyiti aşkar edilib. Bu haqda ShimalNews 17 yanvar tarixində xəbər verir.

Məlum olub ki, vəfat edən 1-ci Nügədi kənd sakinidir.

Həmin şəxs hadisədən öncə evdə oğlunun həyat yoldaşı ilə münaqişə yaşayıb. Sonra isə H.Əliyev prospektinə gəlib və naməlum səbəbdən dünyasını dəyişib.

Mərhumun həyat yoldaşı onun ürək çatışmazlığından əziyyət çəkdiyini bildirir və hadisənin baş verməsində gəlinlərini günahkar bilir. Buna səbəb gəlinin evdə tez-tez münaqişələr yaratması, yaşlı kişinin bununla bağlı əsəb keçirməsi olub.

Hazırda meyit müayinə üçün tibbi ekspertizaya göndərilib.

Araşdırma aparılır.