Qubada Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyinə həsr olunmuş yığıncaq keçirilib. Bu haqda ShimalNews 17 yanvar tarixində RİH-yə istinadən xəbər verir.

Tədbirdə icra hakimiyyətinin, YAP Quba rayon təşkilatının, hüquq-mühafizə orqanlarının əməkdaşları və rəhbər şəxsləri iştirak ediblər.

Əvvəlcə Mədəniyyət və İstirahət parkında ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub. Sonra isə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatında yığıncaq keçirilib.

Sonda şəhid ailələrinə hədiyyələr, partiyanın işində fərqlənmiş bir sıra şəxslərə fəxri fərmanlar və yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim edilib.