Lənkəran sakini Qubaya gələrkən narkotiklə saxlanılıb. Bu haqda ShimalNews 17 yanvar tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Quba regional qrupundan verilən məlumata görə, polis əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Nəticədə narkotik vasitələri istifadəsi, əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən Lənkəran rayon sakini Faiq Hüseynov saxlanılıb. Həmin şəxsin üzərinə  baxış keçirilən zaman narkotik vasitə olan heroin, metadon və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.