İsmayıllıdan olan gənc Türkiyədə keçirilən “Qış Bilik Beynəlxalq Oyunları” Olimpiadasında uğur qazanıb. Bu haqda ShimalNews 17 yanvar tarixində məlumat verir.

Yarış İstanbul şəhərində 45 ölkənin məktəblilərinin iştirakı ilə keçirilib. E.Bayramov adına Talıstan kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Emil Ağamirzəyev 632 balla VI yerə layiq görülüb.