İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş sərgi təşkil olunub. Bu haqda ShimalNews 17 yanvar tarixində Xaçmaz Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

Sərgi 20 Yanvar tarixinədək davam edəcək. Burada fotoşəkillər, kitablar və mərkəzdə fəaliyyət göstərən rəsm dərnəyi  şagirdlərinin əl işləri ziyarətçilərə təqdim olunacaq.