Xaçmazda birmərtəbəli taxta tikilidə yanğın olub. Bu haqda ShimalNews 17 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Fəaliyyət göstərməyən, sahəsi 240 kv.m olan tikilidə saat 11:00 radələrində yanğın başlayıb. Əraziyə FHN-in bölmələri cəlb edilib və alovun qarşısı alınıb.

Ümumilikdə yanan sahə 22 kv.m təşkil edib.