Xaçmazda dəm qazından 2 zəhərlənmə hadisəsi qeydə alınıb. Bu haqda ShimalNews 16 yanvar tarixində Bizim.Media-ya istinadən xəbər verir.

Zərərçəkmişlər Hacılar kəndindən 67 yaşlı Nurəddin Ələkbərov və Müşfiq kəndindən 17 yaşlı Kamran Seyidəliyev olublar. Onlar yaxınlarının köməyi ilə dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xoşbəxtlikdən hər 2 şəxsin həyatını xilas etmək mümkün olub.