Xaçmaz şəhər sakininin üzərindən və evindən narkotik tapılıb. Bu haqda ShimalNews 16 yanvar tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Polis əməkdaşları əməliyyat keçiriblər. Nəticədə E.Talıbov 3 qr-dan artıq marixuana ilə saxlanılıb. Onun evinin həyətinə baxış keçirilib. Burada 665 qr marixuana və kultivasiya yolu ilə yetişdirilən 9 ədəd çətənə kolu aşkar olunub.

Araşdırma aparılır.