Xaçmaz rayonunun Çaxçaxlı kəndində ev yanıb. Bu barədə ShimalNews 16 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.

Hadisə yanvarın 15-i saat 20:00 radələrində baş verib. Ümumi sahəsi 130 kv.m olan birmərtəbəli evin dam örtüyü və ev əşyaları yanıb.

Evin qalan hissəsi və bitişik talvar FHN-in bölmələri tərəfindən yanğından mühafizə olunub.