Qusar Dövlət Ləzgi Dram Teatrı 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş kompozisiya hazırlayıb. Bu haqda ShimalNews 16 yanvar tarixində adıçəkilən teatra istinadən xəbər verir.

Kompozisiya  Rafiq Səməndərin “Şəhidlər” poeması əsasında 19 və 20 yanvar tarixlərində nümayiş olunacaq. Teatrın foyesində Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini əks etdirən film göstəriləcək.